Onların pensiyası artırıldı

30 İyul 2026, 16:35 22 baxış

1300-dən çox işləyən pensiyaçıya şad xəbər

Yaşa görə pensiya alan və işləməyə davam edən 1300-dən çox pensiyaçının pensiyası 6 illik iş stajı tamamlandıqdan sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb.

Nazirliyin məlumatına görə, yaşa görə pensiya təyin edilmiş şəxs pensiyaya çıxdıqdan sonra işləməyə davam edərsə, həmin iş dövrünün 6 ili tamam olduqda onun pensiyası qanunvericiliyə uyğun şəkildə yenidən hesablanır və artırılır.

Bildirilib ki, işləyən pensiyaçıların pensiyalarının bu qaydada yenidən hesablanması ötən ilin sonundan etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən proaktiv mexanizm vasitəsilə avtomatik həyata keçirilir. Bu proses üçün vətəndaşın əlavə müraciət etməsinə ehtiyac yoxdur.

Proaktiv mexanizmin tətbiqinə başlanıldığı vaxtdan indiyədək yaşa görə pensiya alan 1300-dən çox işləyən pensiyaçının pensiyası 6 illik yenidən hesablanma əsasında artırılıb.

Pensiyası yenidən hesablanan şəxslərə nəticə barədə SMS bildirişi də göndərilir.

Bu xəbəri paylaş:

OXŞAR XƏBƏRLƏR

Səsləndirmə