Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb
Cəbrayıl rayonun Şükürbəyli kəndinə növbəti köç karvanı yola
salınıb.
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsi məlumat yayıb.
Doğma yurdlarına qayıdan ailələr indiyədək respublikanın
müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və
inzibati binalarda müvəqqəti məskunlaşıblar.
Bu mərhələdə Şükürbəyli kəndinə 20 ailə (154 nəfər)köçürülü.
Mənbə: https://az.trend.az/azerbaijan/society/4222390.html