Xəzərdə batan müstəntiq vəzifəli şəxsin oğlu imiş - Foto

27 İyul 2026, 11:01 5 baxış

Xəbər verildiyi kimi, dünən Sumqayıt şəhərinin Corat qəsəbəsində Ümid Taməddin oğlu Hüseynli dənizdə boğularaq həyatını itirib.

Faktxeber.az Bakıvaxtı.az-a istinadla xəbər verir ki, Ümid əslən Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Külüs kəndindən olub.

Onun atası Taməddin Hüseynov 3 saylı Babək–Şahbuz–Kəngərli Dairə Seçki Komissiyasının sədridir.

Qeyd edək ki, Ümid Hüseynli Qubadlı Rayon Prokurorluğunda müstəntiq vəzifəsində çalışırdı. O, prokurorluq orqanlarına qəbul imtahanında yüksək nəticə göstərərək bu məsul vəzifəyə qəbul olunmuşdu.

Bu xəbəri paylaş:

OXŞAR XƏBƏRLƏR

Səsləndirmə