RƏSMİ XƏBƏRDARLIQ: Leysan, dolu və sel təhlükəsi gözlənilir
Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında iyulun 16-dan 22-dək qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Faktxeber.az xəbər verir ki, Milli Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına əsasən çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
Şərq küləyi iyulun 16-17-də bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.