Azərbaycandan bu ölkəyə neft ixracını 4,5 dəfə artırıb

26 Oktyabr 2026, 18:54 0 baxış

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycandan
Bolqarıstana neft ixracının həcmi ötən ilin müvafiq dövrü ilə
müqayisədə 4,5 dəfə artıb.


Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı
ilin ilk doqquz ayında Azərbaycandan Bolqarıstana 253,1 milyon ABŞ
dolları dəyərində 358,8 min ton bitumlu süxurlardan alınan xam neft
və neft məhsulları ixrac edilib.


Trend-in rəsmi
məlumatlar əsasında apardığı hesablamalara görə, 2025-ci ilin
müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 204,9 milyon ABŞ
dolları və ya 5,2 dəfə artıb. Tədarükün fiziki həcmi isə 279,5 min
ton və ya 4,5 dəfə yüksəlib.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2024-2025-ci
illərdə Azərbaycandan Bolqarıstana neft və neft məhsullarının ixrac
dinamikası aşağıdakı kimi olub:






İl




İxrac həcmi




İxrac dəyəri






2024




80,9 min ton




46 mln. ABŞ dolları






2025




169,5 min ton




92,3 mln. ABŞ dolları






2024-2025-ci illərdə Azərbaycandan Bolqarıstana neft ixracı həm
fiziki həcm, həm də dəyər ifadəsində əhəmiyyətli artım nümayiş
etdirib. Tədarükün həcmi 2024-cü ildəki 80,9 min tondan 2025-ci
ildə 169,5 min tona yüksələrək iki dəfədən çox artıb.


İxracın dəyəri də demək olar ki, iki dəfə artaraq 46 milyon ABŞ
dollarından 92,3 milyon ABŞ dollarına çatıb.


Mənbə: https://az.trend.az/business/4239311.html
Bu xəbəri paylaş:

OXŞAR XƏBƏRLƏR

Səsləndirmə