Prezidentin fərmanı hansı dəyişikliklərə səbəb olacaq? - AÇIQLAMA
Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, Nazirlər Kabineti 6 ay ərzində bir sıra malların, o cümlədən media materiallarının, tez xarab olan məhsulların, canlı heyvanların, radioaktiv maddələrin, müdafiə və təhlükəsizlik təyinatlı yüklərin, eləcə də fövqəladə hallarda zəruri olan malların gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydalarını hazırlamalıdır.
Bundan başqa, pandemiya, yoluxucu xəstəliklər, təbii fəlakətlər, digər fövqəladə hallar və sosial xarakterli fövqəladə vəziyyətlər zamanı zəruri olan malların və nəqliyyat vasitələrinin gömrük nəzarəti və rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları da hazırlanacaq.
Sadələşdirilmiş gömrük rəsmiləşdirilməsi tətbiq edilən malların siyahısı kifayət qədər əhatəlidirmi? Bundan başqa, hansı mal qrupları da bu siyahıya daxil edilməlidir?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Asif İbrahimli bildirib ki, Prezident Əliyevin imzaladığı fərman gömrük prosedurlarının daha çevik, rəqəmsal və risk əsaslı idarə olunmasına yönəlmiş olduqca mühüm islahatdır.
Onun sözlərinə görə, xüsusilə də zaman amilinin həlledici olduğu mallar üçün gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi logistika xərclərinin azalmasına, təchizat zəncirinin sürətlənməsinə və biznes mühitinin daha rəqabətqabiliyyətli olmasına əhəmiyyətli dərəcədə töhfə verəcək, eyni zamanda da sahibkarları müəyyən zərərlərdən qoruyacaq:
başlamaq lazım idi, bundan sonra praktikada düşünürəm siyahı da genişləndiriləcək.
Xüsusilə də yüksək texnologiyalar, avadanlıqlar və elektron komponentlər, sənaye müəssisələri üçün istehsal xammalı və ehtiyat hissələri, dərman preparatları və tibbi təyinatlı avadanlıqlar, kənd təsərrüfatı istehsalı üçün toxum, ting, gübrə kimi məhsullar və digər mövsümi aqrar resurslar, həmçinin də ixrac yönümlü müəssisələrin istehsal prosesində istifadə etdiyi kritik komponentlər də sadələşdirilmiş gömrük prosedurlarından faydalanmalıdır. Çünki bu məhsullar üzrə gecikmələr istehsalın dayanmasına, ixrac müqavilələrinin pozulmasına və müəssisələrin maliyyə itkilərinə səbəb olur”.
A.İbrahimov nəzərə çatdırıb ki, buna paralel olaraq da prosedurların sadələşdirilməsi müəyyən risklər də yarada bilir, onu da unutmamalıyıq:
“Bunlar malların yanlış bəyan edilməsi, gömrük dəyərinin aşağı göstərilməsi, qaçaqmalçılıq riskinin artması, sanksiya rejimlərinin pozulması, eləcə də təhlükəsizlik tələblərinə uyğun olmayan məhsulların ölkəyə daxil olması məsələləridir. Düşünürəm ki, bu siyahılar hazırlananda bütün meyarlar üzrə alt-üst limitlər dəqiq müəyyən olunmalıdır. Məhsulun növü, sinfi, kateqoriyası, kodu düzgün daxil edilməlidir ki, bu məsələ hansısa bir gömrük məmurunun ümidinə qalmasın və yaxud da sahibkarın ümidinə qalmasın. Konkret olaraq prosedur düzgün formada işləsin və cənab Prezidentin imzaladığı sərəncamdan sahibkarlar da faydalansın, hökumətimiz də faydalansın”.
Firuzə Əliyeva
Sfera.az