Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan
Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət
məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun
nümayəndələri ilə birlikdə Gəncəsər və Xudavəng kilsələrini ziyarət
edib.
Bu barədə Hikmət Hacıyev “X” sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, Gəncəsər və Xudavəng kilsələri qədim Alban
xristian irsinin ayrılmaz hissəsidir.
“Gəncəsər kilsəsi XIII əsrdə Qafqaz Albaniyasının hökmdarı Həsən
Cəlal Davla tərəfindən inşa edilib və Qafqaz Albaniyasının
çoxəsrlik xristian irsinin mühüm sübutlarından biridir”, – deyə
Hikmət Hacıyev qeyd edib.
Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb ki, işğal
illərində bu abidələr memarlıq həqiqiliyinə və ilkin xarakterinə
xələl gətirən, müvəqqəti “bərpa” adı altında həyata keçirilən kənar
müdaxilələrə məruz qalıb.
“Azərbaycan ərazisindəki hər bir tarixi, mədəni və dini abidə,
mənşəyindən və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin
zəngin mədəni irsinin ayrılmaz hissəsidir. Azərbaycan dövləti
onların qorunmasına, mühafizəsinə və bərpasına sadiqdir”, – deyə o
bildirib.
H.Hacıyev qeyd edib ki, Azərbaycanın çoxmədəniyyətli və çoxdinli
irsinin qorunması sahəsində təcrübəsi beynəlxalq səviyyədə
tanınıb.
“Biz bu təcrübəni digər ölkələrlə, o cümlədən qonşularımızla
bölüşməyə hazırıq”, – deyə Prezidentin köməkçisi vurğulayıb.
(function(containerId) {
if (typeof window.loadAdVideoZL === 'undefined') {
window.loadAdVideoZL = new Promise((resolve, reject) => {
import('/vast_test/main.js?20260507001')
.then(module => {
window.initAdVideoZL = module.default;
resolve(window.initAdVideoZL);
})
.catch(reject);
});
}
window.loadAdVideoZL.then((initAdVideoZL) => {
initAdVideoZL(containerId);
});
})('ad-video-container-6aa509cb2d8b1');
O, həmçinin bu məsələ ilə bağlı saxta xəbərlər və yanlış
narrativlər yayan media qurumlarını həmin abidələri ziyarət etməyə
və ərazidəki reallığı öz gözləri ilə görməyə çağırıb.
“Görmək inanmaqdır”, – deyə H.Hacıyev bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi –
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici
siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri
Qarabağ və Şərqi Zəngəzurda səfərdədirlər.
Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150
nəfərdən ibarət heyət iştirak edir.
Sentyabrın 11-də diplomatik korpusun nümayəndələri Xankəndi və
Şuşa şəhərlərində olublar. Diplomatlar əvvəlcə Xankəndi Dəmir Yolu
və Avtovağzal Kompleksində aparılan işlərlə tanış olublar. Daha
sonra Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzi ziyarət edilib.
Diplomatik korpusun nümayəndələri “Zəfər” parkını ziyarət edib,
Zəfər tağı qarşısında xatirə şəkil çəkdiriblər. Səfər çərçivəsində,
həmçinin Qarabağ Universiteti ilə də tanışlıq olub.
Nümayəndə heyəti Şuşa şəhərində həyata keçirilən bərpa-quruculuq
işləri ilə tanış olub, Birinci yaşayış məhəlləsini, Yeni Şuşa
məscidinin tikintisini, Molla Pənah Vaqifin muzey-məqbərə
kompleksini, Cıdır düzünü, Qarabağ küçəsini, “Sadıqcanın evi”ni,
Aşağı Gövhər ağa məscidini, Şuşa mərkəzi meydanını, Şuşa
Yaradıcılıq Mərkəzini və Üzeyir Hacıbəylinin ev muzeyini ziyarət
edib.
Diplomatlar, həmçinin Şuşa Qala divarları önündə xatirə fotosu
çəkdirib və Meksika Respublikasının Müstəqillik Günü şərəfinə
keçirilən rəsmi qəbulda iştirak ediblər.
Mənbə: https://az.trend.az/azerbaijan/gundem/4223279.html