XOCALI TV – Xocalının səsi, Qarabağın yaddaşı!
Qarabağın tarixi, Xocalının həqiqətləri və yeni dövrün hadisələri artıq bir platformada təqdim olunur.
XOCALI TV işğaldan azad edilmiş torpaqlarımızdan eksklüziv görüntüləri, Xocalı və Xankəndidə aparılan bərpa-quruculuq işlərini, Böyük Qayıdış prosesini və bölgənin real mənzərəsini izləyicilərə çatdırır.
Kanalımızda siz:
🔹 Xocalıdan və Qarabağın digər bölgələrindən xüsusi reportajlar;
🔹 Tarixi hadisələrə həsr olunmuş sənədli filmlər;
🔹 Şəhidlərimizin həyat və mübarizə yolları;
🔹 Qarabağın qədim tarixi və mədəni irsi;
🔹 Azərbaycan və regionda baş verən mühüm siyasi hadisələrin təhlillərini izləyə bilərsiniz.
XOCALI TV – yalnız xəbər kanalı deyil. Bu, tariximizi qoruyan, həqiqətlərimizi dünyaya çatdıran və gələcək nəsillərə ötürən bir yaddaş platformasıdır.
XOCALI TV-yə abunə olun, Qarabağın səsini dünyaya birlikdə çatdıraq!