Polşa öz ərazisində "Patriot" istehsalı zavodunun inşasını təklif edib

27 Sentyabr 2026, 22:51 20 baxış

Polşanın müdafiə nazirinin müavini Maqdalena Sobkovyak-Çarnetska
ölkə ərazisində “Patriot” zenit-raket komplekslərinin (ZRK)
istehsalı üzrə zavodun yerləşdirilməsini təklif edib.


Bu barədə şənbə günü "RMF FM" radiostansiyası məlumat yayıb.

“Biz belə bir təkliflə çıxış etmişik: əgər belə bir zavodun
tikintisi Ukraynada planlaşdırılırsa, o zaman bunun əvəzinə zavod
Polşada – “təhlükəsiz ərazi” adlandırılan yerdə
yerləşdirilməlidir”, - deyə radiostansiya nazir müavininin
sözlərini sitat gətirib.


Sobkovyak-Çarnetska əlavə edib ki, zavodun Polşa ərazisində
yerləşdirilməsi ABŞ hakimiyyətinin Ukrayna ilə bağlı qərarından
asılı deyil.


Mənbə: https://az.trend.az/other/world/4228581.html
Bu xəbəri paylaş:

OXŞAR XƏBƏRLƏR

Səsləndirmə