Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olmasını arzulayırıq - Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının
81-ci sessiyasında çıxışı zamanı Cənubi Qafqazdakı vəziyyətə
toxunub.
Türkiyə lideri Azərbaycan və Ermənistan arasında
davamlı sülhün bərqərar olmasını arzuladıqlarını bildirib, iki ölkə
arasında sülh prosesini dəstəklədiklərini deyib.
“Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün
bərqərar olmasını arzulayırıq. Azərbaycan Prezidenti İlham Əliyev
və Ermənistanın Baş naziri Nikol Paşinyanın sülhün həlli
istiqamətində ortaya qoyduqları siyasi iradəni təqdir edir və
dəstəkləyirik.
Ərdoğan Türkiyənin Ermənistanla normallaşma prosesini
də qətiyyətlə davam etdirdiyini qeyd edib.
Türkiyə Prezidenti çıxışı zamanı, həmçinin Türk
Dövlətləri Təşkilatının inkişaf edərək nümunəvi regional əməkdaşlıq
platformasına çevrildiyini bildirib:
"Türk Dövlətləri Təşkilatı ildən-ilə inkişaf edərək
nümunəvi regional əməkdaşlıq platformasına çevrilib".
O, oktyabrın 30-da Ankarada keçiriləcək Türk
Dövlətləri Təşkilatının 13-cü Zirvə görüşünün təşkilatın qarşısında
yeni imkanlar və üfüqlər açacağını qeyd edib.
Mənbə: https://az.trend.az/azerbaijan/politics/4226737.html