Ceyhun Bayramov diplomatik səylərin gücləndirilməsinə və İƏT-i birgə fəaliyyətə çağırıb (FOTO)
Xarici işlər naziri Ceyhun Bayramov diplomatik səylərin
gücləndirilməsinə və İƏT-i birgə fəaliyyətə çağırıb.
Bu barədə Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə
hesabındakı paylaşımında qeyd edilib.
Bildirilib ki, xarici işlər naziri Ceyhun Bayramov İslam
Əməkdaşlıq Təşkilatının (İƏT) Koordinasiya Toplantısında çıxış
edib.
"Nazir İƏT-in yeni Baş katibi İsmayıl Uld Şeyx Əhmədi
təbrik edib, artan islamofobiyaya qarşı həmrəyliyin vacibliyini
vurğulayıb və Azərbaycanın Fələstin dövlətçiliyinə dəstəyini bir
daha təsdiqləyib.
O, regionda hərbi münaqişələrin artmasından ciddi
narahatlığını ifadə edərək, bütün dünyada müsəlman icmalarını hədəf
alan ayrı-seçkilik və zorakılıqla mübarizə aparmaq üçün diplomatik
səylərin gücləndirilməsinə və İƏT-i birgə fəaliyyətə çağırıb.
Nazir Ceyhun Bayramov 2027-ci ildə Azərbaycanda
keçiriləcək İƏT Sammitinə hazırlıqla bağlı institusional hazırlıq
işlərini diqqətə çatdırıb", - deyə paylaşımda qeyd edilib.