Azərbaycan Kuboku finalı ilk dəfə Gəncə şəhərində təşkil olunacaq
Azərbaycan Kubokunun 2026/27 mövsümünün final qarşılaşmasına Gəncə şəhər stadionu ev sahibliyi edəcək. Bu, turnirin finalının tarixdə ilk dəfə Gəncədə keçirilməsi baxımından əlamətdar hadisə olacaq.
Məlumata görə, qərar Peşəkar Futbol Liqasının (PFL) təşəbbüsü əsasında qəbul edilib. PFL prezidenti Elxan Səmədov bildirib ki, təklif AFFA prezidenti Rövşən Nəcəf tərəfindən təsdiqlənib.
Qeyd edək ki, Azərbaycan Kubokunun 2026/27 mövsümü üzrə püşkatma mərasiminin sabah keçirilməsi planlaşdırılır.