Gəncədə Nizami Gəncəvinin 885 illiyinə həsr olunan tədbir keçirilib
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 885 illik yubileyinə həsr olunmuş elmi-bədii tədbir keçirilib.
Faktxeber.az xəbər verir ki, tədbir Nizami Gəncəvi Muzeyinin və Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin TEC-in birgə təşkilatçılığı, Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi, Gəncə Dövlət Tarix-Mədəniyyət Qorğunun, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin tərəfdaşlığı ilə keçirilib.
Tədbirdə idarə və müəssisə rəhbərləri, müəllim-professor heyətinin nümayəndələri, mədəniyyət işçiləri və GDU-nun tələbələri iştirak ediblər.
Belə tədbirlər elm, təhsil və mədəniyyət müəssisələri arasında əməkdaşlığın inkişafına, gənclərin intellektual və mənəvi dünyagörüşünün zənginləşməsinə, Nizami Gəncəvi irsinin gələcək nəsillərə çatdırılmasına mühüm töhfə verir.