"Sabah" - "Qarabağ" oyununda qolsuz bərabərlik - Azərbaycan Premyer Liqası
Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura yekun
vurulub.
Turun bağlanış oyununda "Sabah" öz meydanında "Qarabağ"ı qəbul
edib. "Sabah Arena"da keçirilən mərkəzi görüş qolsuz heç-heçə ilə
yekunlaşıb.
Bu nəticədən sonra "Sabah" 20 xalla turnir cədvəlinə başçılıq
edir. Liderdən 2 xal az toplayan "Qarabağ" isə 3-cü pillədə
qərarlaşıb.
Günün ilk matçında "İmişli" "Şamaxı"nı 2:1 hesabı ilə məğlub
edib.
Qeyd edək ki, IX turun əvvəlki oyunlarında "Qəbələ"
"Araz-Naxçıvan"a, "Kəpəz" "Şəfa"ya 2:1, "Zirə" "Sumqayıt"a 3:2
hesabı ilə qalib gəlib, "Neftçi" isə "Turan Tovuz"la heç-heçə edib
- 1:1.