Ötən gün ⁠cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

24 Oktyabr 2026, 20:05 6 baxış

Azərbaycanda oktyabrın 23-də cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.


Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.


Bildirilib ki, həmçinin ⁠ötən gün narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.


Polis tərəfindən keçirilən əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Bu xəbəri paylaş:

OXŞAR XƏBƏRLƏR

Səsləndirmə