Türkiyənin cənubunda zəlzələ baş verib

04 Oktyabr 2026, 22:04 22 baxış

Türkiyənin Adana vilayətində növbəti zəlzələ baş verib.


Türkiyənin Fəlakət və Böhran İdarəetmə Qurumuna istinadla xəbər
verir ki, 4,8 və 4,9 bal gücündəki yeraltı təkanların ardından
Adanada 4,4 bal gücündə daha bir zəlzələ qeydə alınıb.


Zəlzələnin episentri Saimbeyli rayonunda olub. Dağıntının və
tələfatın olmadığı bildirilib.


Oktyabrın 4-də Türkiyənin cənubundakı Adana və Osmaniyə
əyalətlərində 4,8, 4,9 və 5,2 bal gücündə zəlzələlər baş verib.

Türkiyənin Fəlakət və Böhran İdarəetmə Qurumuna (AFAD) istinadla
xəbər verir ki, ilk zəlzələ yerli vaxtla saat 14:19-da Adana
əyalətində qeydə alınıb, 4,8 bal gücündə zəlzələnin episentri
Saimbeyli rayonunda olub.


On yeddi dəqiqə sonra eyni ərazidə 4,9 bal gücündə zəlzələ,
yerli vaxtla saat 14:43-də isə qonşu Osmaniyə əyalətinin Sumbas
rayonunda 5,2 bal gücündə zəlzələ qeydə alınıb.


Tələfat və ya dağıntı barədə məlumat verilməyib.


Mənbə: https://az.trend.az/other/world/4231080.html
Bu xəbəri paylaş:

OXŞAR XƏBƏRLƏR

Səsləndirmə