Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - UEFA Millətlər Liqası (VİDEO)

27 Sentyabr 2026, 20:11 15 baxış

Azərbaycan yığması UEFA Millətlər Liqasının yeni mövsümündə ilk
oyununu keçirib. Yığmamız D Liqasının ikinci qrupunda səfərdə Litva
ilə heç-heçə oynayıb. Kaunas şəhərindəki "Dariaus ir Gireno"
stadionunda keçirilən görüşü Kiprdən olan baş hakim Menelaos
Antoniu idarə edib .


Qarşılaşma 1:1 hesabı ilə bitib.


Meydan sahiblərinin heyətində 9-cu dəqiqədə Armandas Kuçis
penaltini dəqiq yerinə yetirib. 14-cü dəqiqədə Mahir Emreli
tarazlığı bərpa edib.

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində milliimizin
növbəti oyunu oktyabrın 1-də Bakıda baş tutacaq. Yığma Tofiq
Bəhramov adına Respublika Stadionunda Lixtenşteyni qəbul edəcək.
Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 20:00-da
səslənəcək.


Xatırladaq ki, Lixtenşteyn seçməsi ilk oyunda doğma meydanda
Litvaya 0:2 hesabı ilə məğlub olub.



Mənbə: https://az.trend.az/azerbaijan/sports/4228564.html
Bu xəbəri paylaş:

OXŞAR XƏBƏRLƏR

Səsləndirmə