Şənbə günü Azərbaycanda hava necə olacaq? – PROQNOZ

25 Sentyabr 2026, 13:14 34 baxış

Sentyabrın 26-da Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bununla belə, bəzi dağlıq və dağətəyi ərazilərdə yağış, şimşək və dolu ehtimalı var.

Faktxeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Əsasən yağmursuz hava şəraitinin hökm sürəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər saatlarında şimal-şərq küləyi ilə əvəzlənəcək.

Paytaxt və Abşeron yarımadasında havanın temperaturu gecə 18-21°, gündüz isə 24-27° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 faiz, gündüz 50-60 faiz olacaq.

Bölgələrdə hava necə olacaq?

Azərbaycanın əksər rayonlarında da hava əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakteri daşıyacağı gözlənilir.

Bəzi ərazilərdə şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur. Gecə və səhər saatlarında dağlıq ərazilərdə duman müşahidə edilə bilər.

Rayonlarda mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-21°, gündüz 27-32° isti olacaq. Dağlıq ərazilərdə gecə temperaturu 10-15°, gündüz isə 19-24° isti təşkil edəcək.

Bu xəbəri paylaş:

OXŞAR XƏBƏRLƏR

Səsləndirmə