Təzyiqi aşağı salmağa kömək edən 5 qida – Süfrənizdən əskik etməyin
Qan təzyiqinin normal səviyyədə saxlanılmasında qidalanma mühüm rol oynayır. Xüsusilə tərkibində antioksidantlarla zəngin birləşmələr olan bəzi meyvə və tərəvəzlərin damar sağlamlığına müsbət təsir göstərə biləcəyi bildirilir.
Mütəxəssislərin diqqət çəkdiyi qidalar arasında üzüm, qaragilə, qırmızı soğan, böyürtkən və qırmızı kələm yer alır.
Bu məhsulların tərkibində olan antosianlar damarların fəaliyyətinin dəstəklənməsi, xolesterinin səviyyəsinin tənzimlənməsi və qan təzyiqinin idarə olunmasına kömək edə bilər.
Qırmızı soğan isə antosianlarla yanaşı, kversetin adlı bitki birləşməsi ilə də zəngindir. Qırmızı kələmdə də müxtəlif faydalı bitki birləşmələrinin yüksək miqdarda olduğu qeyd edilir.
Vacib məqam
Mütəxəssislər bildirirlər ki, sağlam qidalanma yüksək qan təzyiqinin idarə olunmasında yalnız amillərdən biridir. Sadalanan qidalar hipertoniyanın müalicəsini əvəz etmir və yüksək təzyiq problemi olan şəxslər həkim məsləhətinə əməl etməlidirlər.
Sağlam qidalanma, fiziki aktivlik, duz qəbulunun azaldılması və həkim nəzarəti qan təzyiqinin idarə olunmasında birlikdə əhəmiyyət daşıyır.