Ceyhun Bayramov Nyu-Yorkda Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında çıxış edib (FOTO)

22 Sentyabr 2026, 21:49 12 baxış

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş
Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən İslam
Əməkdaşlıq Təşkilatının (İƏT) Cammu və Kəşmir üzrə Kontakt Qrupunun
iclasında çıxış edib.


Bu barədə Xarici İşlər Nazirliyi "X" sosial şəbəkədə paylaşım
edib.


Nazir Azərbaycanın mübahisənin beynəlxalq hüquq, beynəlxalq
humanitar hüquq, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının
müvafiq qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllinə
sadiqliyini bir daha təsdiqləyib.


Ceyhun Bayramov, həmçinin regional sülh və sabitliyin
möhkəmləndirilməsi baxımından Hindistan ilə Pakistan arasında
münasibətlərin normallaşdırılması istiqamətində səylərin davam
etdirilməsinin vacibliyini vurğulayıb.


Mənbə: https://az.trend.az/azerbaijan/politics/4226758.html
Bu xəbəri paylaş:

OXŞAR XƏBƏRLƏR

Səsləndirmə