V Milli Yaylaq Festivalında baş verən hadisə ilə bağlı RƏSMİ AÇIQLAMA

26 İyul 2026, 11:53 35 baxış

V Milli Yaylaq Festivalı zamanı baş vermiş hadisə ilə bağlı festivalın təşkilatçıları rəsmi açıqlama yayıblar.

Faktxeber.az xəbər verir ki, açıqlamada bəzi sayt və KİV-lərdə yayılan "səhnənin aşması" barədə məlumatların həqiqəti əks etdirmədiyi bildirilib.

Qeyd olunub ki, festivalın əsas səhnəsi tədbir boyunca fasiləsiz fəaliyyət göstərib, ikinci günün konsert proqramı isə saat 22:00-dək uğurla davam edib.

Məlumata görə, hadisə əsas səhnədə deyil, cıdır meydanının yaxınlığında yerləşən, atlar üçün nəzərdə tutulmuş samanın saxlanılması məqsədilə qurulmuş yüngül taxta konstruksiyalı, qarğı örtüklü çardaqda baş verib. Həmin çardaq insanların istifadəsi üçün nəzərdə tutulmayıb, masa və oturacaqlarla təchiz edilməyib, həmçinin burada hər hansı xidmət təşkil olunmayıb.

Bu xəbəri paylaş:

OXŞAR XƏBƏRLƏR

Səsləndirmə