Ağdamda 18 yaşlı qız sirkə turşusu içərək zəhərləndi
Ağdam rayonunda zəhərlənmə hadisəsi baş verib.
Faktxeber.az xəbər verir ki, hadisə rayonun Əfətli kəndində qeydə alınıb. Belə ki, 2008-ci il təvəllüdlü Aytac Hüseynova gecə saatlarında ehtiyatsızlıqdan su əvəzinə sirkə turşusu içib.
Yaxınları dərhal gənc qızı Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Ona ilkin tibbi yardım göstərildikdən sonra vəziyyətinin nəzarətdə saxlanılması və müalicəsinin davam etdirilməsi üçün Bakıda yerləşən xəstəxanalardan birinə göndərilib.
Hadisə ilə bağlı araşdırma aparılır.