Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı

26 Oktyabr 2026, 18:51 0 baxış

Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib.


Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən Lent.az-a bildirilib ki, müəllimin sosial şəbəkələrdə yayılan videolarda nümayiş etdirdiyi davranışlar və işlətdiyi ifadələr pedaqoji etika normalarına ziddir.


G.Məmmədovanın məktəbdə canlı yayımlar açaraq tədris prosesinə müdaxilə etməsi və təhsil müəssisəsinin normal fəaliyyətinə mane olması yolverilməzdir. Bu hallar və qanunvericiliyin tələbləri nəzərə alınaraq müəllimin əmək müqaviləsinə xitam verilib.


İdarə bu cür hallara qarşı qanunvericiliyə uyğun tədbirlərin görüləcəyini bildirib.

Bu xəbəri paylaş:

OXŞAR XƏBƏRLƏR

Səsləndirmə