İsrail Qəzza zolağı ilə sərhəddəki bütün nəzarət-buraxılış məntəqələrini bağlayıb

07 Oktyabr 2026, 10:25 20 baxış

İsrail oktyabrın 7-də HƏMAS-ın İsrail ərazisinə
hücumunun üçüncü ildönümü ilə əlaqədar Qəzza zolağı ilə sərhəddəki
bütün nəzarət-buraxılış məntəqələrini(NBM) bağlayıb və İordan
çayının Qərb sahilindəki Fələstin ərazilərində tam təcrid rejimi
tətbiq edib.


Bu barədə İsrail hökumətinin fəaliyyətinin
əlaqələndirilməsi idarəsi (COGAT) məlumat yayıb.


“Təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsi və
müdafiə nazirinin qərarına əsasən, oktyabrın 7-də Yəhudeya və
Samariya ərazisində (İordan çayının Qərb sahilinin İsrail
tərəfindən istifadə olunan adı ) tam təcrid rejimi tətbiq edilib,
həmçinin 7 oktyabr 2023-cü il hadisələrinin ildönümü ilə əlaqədar
Qəzza zolağı ilə sərhəddəki keçid məntəqələri bağlanıb. Qəzza
zolağına humanitar yardım daxil olmayacaq”, - deyə açıqlamada
bildirilib.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də səhər tezdən
HƏMAS və digər Fələstin qruplaşmalarının silahlı üzvləri Qəzzadan
İsrail ərazisinə daxil olublar. Onların hücumu zamanı sərhədyanı
yaşayış məntəqələrinin sakinləri öldürülüb və təxminən 250 nəfər
girov götürülüb. Radikallar bu hücumu İsrail hakimiyyətinin
Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab kimi
qiymətləndiriblər.

Bu xəbəri paylaş:

OXŞAR XƏBƏRLƏR

Səsləndirmə