Azərbaycan millisi Lixtenşteynlə heç-heçə etdi
Bu gün Azərbaycan milli komandası UEFA Millətlər Liqasının D
Divizionunda ikinci matçına çıxıb.
2-ci qrupda yer alan Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv
Bakıda Lixtenşteyn yığmasını qəbul edib.
Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
Millimiz ilk oyununda Litva ilə səfərdə heç-heçə edib.
Lixtenşteyn isə eyni rəqibə evdə 0:2 uduzub.