İlham Əliyev onları təltif etdi - Siyahı
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin bir sıra hərbi qulluqçuları təltif ediliblər.
Faktxeber.Az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları müxtəlif medallarla təltif olunublar.
“Vətən uğrunda” medalı ilə:
Abbasov Abbas Tofiq oğlu — polkovnik.
“Hərbi xidmətlərə görə” medalı ilə:
Məmmədov Anar Əliağa oğlu — polkovnik-leytenant;
Əliyev Fariz Atabəy oğlu — mayor;
Hüseynov Musa Mirzağa oğlu — mayor;
Quliyev Vahid Vaqif oğlu — mayor;
Şirinov Seymur Kamran oğlu — mayor.
Sərəncamda qeyd olunan şəxslər xidməti vəzifələrinin icrası zamanı fərqləndiklərinə görə dövlət təltiflərinə layiq görülüblər.