Burak Yılmazın yeni klubu bəlli oldu – 3 illik müqavilə
Türkiyəli məşqçi Burak Yılmazın karyerasını davam etdirəcəyi klub müəyyənləşib.
Faktxeber.az xəbər verir ki, 40 yaşlı mütəxəssis Türkiyə Super Liqasının yeni debütantı “Çorum”un baş məşqçisi təyin olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında 3 illik müqavilə imzalanıb. Burak Yılmaz yeni komandasında Super Liqada mübarizə aparacaq.
Qeyd edək ki, Türkiyə millisinin sabiq futbolçusu məşqçi kimi daha əvvəl “Beşiktaş”, “Kayserispor”, “Kasımpaşa” və “Qaziantep” klublarına rəhbərlik edib.
Yılmaz futbolçu karyerası ərzində də Türkiyənin və Avropanın bir sıra tanınmış klublarında çıxış edib.