⚡️ Rusiyada güclü zəlzələ oldu
Rusiyanın Buryatiya Respublikasında 6.7 maqnitudalı zəlzələ baş verib.
Oxu.Az xəbər verir ki, yeraltı təkanların episentri Tunkin rayonunda yerləşib. Zəlzələ bir sıra yaşayış məntəqələrində 3 bal gücündə hiss olunub.
Hazırda FHN əməkdaşları tərəfindən binalar və infrastruktur obyektlərində yoxlamalar aparılır.
#Zəlzələ #Rusiya