Xəzərdə Qazaxıstan hərbçilərinin axtarışı başa çatdırılıb - Son 2 meyit də aşkarlandı

25 Sentyabr 2026, 09:26 17 baxış

Xəzər dənizində axtarış əməliyyatı başa çatıb, həlak
olan 14 qazaxıstanlı hərbçinin hamısının meyiti tapılıb


Bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat
xidməti məlumat yayıb.

“Qazaxıstan Respublikasının Müdafiə Nazirliyi Xəzər
dənizinin akvatoriyasında axtarış əməliyyatının başa çatdığını
bildirir. Bu gün, sentyabrın 25-də, saat 09:15 radələrində asiləsiz
axtarış-xilasetmə işləri zamanı daha əvvəl itkin düşmüş iki
hərbçinin – serjant Mansur Qumarovun və matros Miras Turdıbekulının
meyitləri aşkar edilib”, – deyə məlumatda bildirilir.


Sentyabrın 24-də Xəzər dənizində keçirilən təlimlər zamanı hava
şəraitinin pisləşməsi və küləyin güclənməsi səbəbindən 17 hərbçi
dənizə sürüklənib. Onlardan 12-si həlak olub, üç nəfəri xilas etmək
mümkün olub. Daha iki hərbçinin axtarışları davam etdirilir

Bu xəbəri paylaş:

OXŞAR XƏBƏRLƏR

Səsləndirmə